Gəncə İdman Sarayında tikinti işləri necə gedir? - FOTOLAR

6 Fevral 2022 02:40 Hadisə 632
Gəncə İdman Sarayında tikinti işləri necə gedir? - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub.

Sportinfo.az xəbər verir ki, ikimərtəbəli Gəncə İdman Sarayında böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.

Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının uğurlu icrasını təmin edən əsas məsələlərdən biri infrastruktur layihələrinin tikintisinin gedişi ilə Prezidentin yerində tanış olmasıdır.

Dövlətimizin başçısı 2020-ci il iyunun 24-də Gəncəyə səfəri çərçivəsində bu idman qurğusunda inşaat işlərinin gedişi ilə tanış olub, müvafiq tapşırıqlarını vermişdi.

Bundan sonra obyektdə tikinti işlərinin sürəti daha da artmışdır (azertag.az).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!