Mahirlə maraqlanan “Dinamo” niyə ona rəsmi təklif göndərməyib?

5 Fevral 2022 17:40 Hadisə 962
Mahirlə maraqlanan “Dinamo” niyə ona rəsmi təklif göndərməyib?

Mahir Emrelinin “Dinamo”ya keçidi yubanıb.

Bu, daha öncə - hələ ötən qışda və yayda baş verməliymiş. Sadəcə, məsələ dərinə getməyib.

Xorvatiya təmsilçisinin rəsmiləri Azərbaycan millisinin üzvünü daim diqqətdə saxlayıb, oyunlarını izləyib, statistik göstəriciləri ilə yaxından maraqlanıb.

Lakin bu dəfə büdcədən ayrılan puldan keçərək Mahiri heyətə qatmağa qərar verdilər.

“Dinamo” ilə Mahir arasında bu günə kimi olan danışıqların detallarını uzun illər futbolçu ilə çalışmış agent Tural Əsgərovdan yaxşı bilən olmaz.

Mahirlə əməkdaşlığı futbolçu “Legiya”nı seçəndən sonra pozulan tanınmış agent Sportinfo.az-a açıqlamasında öncəki dönəmləri nəql edib:

“Bəli, “Dinamo” Mahir Emreliyə xeyli vaxtdır maraq göstərirdi. Ötən ilin qışında, hətta yayda bu klubla danışıqlarımız olmuşdu.

Məktublaşırdıq, şərtlərlə maraqlanırdılar, soruşurdular. Lakin rəsmi təklif göndərmirdilər. “Niyə”sini deyə bilməyəcəm. Bu suala “Dinamo” rəsmiləri daha dolğun cavab verə bilər.

Deyə biləcəyim odur ki, həmin vaxt Xorvatiya təmsilçisindən rəsmi təklif olmadı deyə, sövdələşmə baş tutmadı.

Görünür, bu dəfə daha israrlı oldular və keçid rəsmiləşdi”.

"Legiya"dan ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb. Paytaxt klubu "Sevilya"ya qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bundan bir həftə sonra evdə keçirəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"