
Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsindəki rəqibi Belarus yoxlama görüşləri keçirəcək.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Georgi Kondratyev gələn ay komandasını iki matçda sınayacaq.
Martın 26-da Hindistanı sınağa çəkəcək Belarus üç gün sonra Bəhreynlə üz-üzə gələcək. Hər iki qarşılaşma Bəhreynin Manama şəhərində baş tutacaq.
C Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi iyunun 6-da II tur çərçivəsində Belarusun qonağı olacaq. Bu komandalar arasında Bakıdakı görüş həmin ayın 13-nə təsadüf edəcək.