Rəşad Sadıqovdan açıq söz: “Millidə işləməyə hazıram, “Qarabağ” və “Neftçi”də yox” - VİDEO

4 Fevral 2022 16:20 Hadisə 874
Rəşad Sadıqovdan açıq söz: “Millidə işləməyə hazıram, “Qarabağ” və “Neftçi”də yox” - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov hazırda özünü “Qarabağ” və “Neftçi”də işləməyə hazır görmür.

Sportinfo.az xəbər verir ki, bu haqda gənc mütəxəssis İTV-də yayımlanan “Bol idman” verilişində bildirib.

“Bəlkə 5 ay, 2 il, 5 il sonra mən bu suala başqa cavab verəcəyəm. Amma bu gün mənə “Neftçi” və “Qarabağ” kimi komandanın yükünü daşımaq ağır olar.

Çünki məsuliyyətlidir, tarixləri böyükdür, iddialıdırlar. Hər il o komandalardan çempionluq, Avroliqada uğurlu çıxış gözlənilir”.

O qeyd edib ki, bu gün milli komandada isə özünü işləməyə hazır sayır: “Neçə illərdir milli onsuz da uğursuz çıxış edir.

Bu yükün altına girməkdən çəkinmirəm. Bu, məşqçi bacarığı ilə bağlı deyil. Burda bir çox psixoloji amil də var”.

Digər Xəbərlər
Xəbər Lenti