“Məni öldürmək istəyirdi - Sifətimə yumruq endirdi, başımı yerə vurdu, boğmağa cəhd etdi”

4 Dekabr 2021 14:20 Hadisə 738
“Məni öldürmək istəyirdi - Sifətimə yumruq endirdi, başımı yerə vurdu, boğmağa cəhd etdi”

Fransalı cüdoçu Marqo Pino xoşagəlməz hadisə ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə 27 yaşlı olimpiya çempionu özünün sosial şəbəkə hesabında paylaşım edib.

Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi şəxsi məşqçisi Alen Şmidtin fiziki zorakılığına məruz qaldığını yazıb:

"Dava mənim evimdə baş verdi. Şmidt əvvəlcə sifətimə yumruqla zərbə endirərək, başımı yerə vurdu, ardınca isə boğmağa cəhd etdi.

Məni öldürmək istəyirdi. Cüdo fəndləri ilə onun əlindən xilas oldum və dərhal qonşuları köməyə çağırdım".

Bundan sonra məşqçi həbs olunsa da, dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılıb.

Marqo Pino Tokio-2020-də qarışıq komanda yarışında qalib olub. O, həm də Avropa çempionu, Minsk-2019 II Avropa Oyunlarının qalibi və dünya üçüncüsüdür.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"