Murovda döyüşüb itkin düşən idmançının şəhid xəbəri gəldi - FOTO

6 May 2021 13:20 Hadisə 1 585
Murovda döyüşüb itkin düşən idmançının şəhid xəbəri gəldi - FOTO

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Sportinfo.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlu sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Müddətdən artıq hərbi xidmət edən qulluqçu (MAXE) olan, paurliftinq üzrə idmançı P.Tağıyevin nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Şəhid Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.


Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!