Ləğv olunur: - Azərbaycan, Kanada və Monakoda

17 Yanvar 2021 23:20 Hadisə 971
Ləğv olunur: - Azərbaycan, Kanada və Monakoda

"Formula 1" rəhbərliyi 2021 mövsümünün təqvimində əlavə dəyişikliklər edə bilər.

Sportinfo.az "Formule1" nəşrinə istinadən xəbər verir ki, Monako, Azərbaycan və Kanada Qran-prilərinin ləğv edilmə ehtimalı var.

Səbəb koronavirus pandemiyasına görə marşrutların hazırlana bilməməsidir. Hər üç mərhələ şəhər trasında təşkil edilməlidir.

Ləğv olunacağı təqdirdə, onlar Türkiyə, İtaliya (Mucello) və Almaniyadakı (Nyurburqrinq) yarışlarla əvəz edilə bilər.

Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. 2020-ci ildə Bakıdakı yarış koronavirusa görə ləğv edilib.

Daha əvvəl "Auto Motor und Sport" Azərbaycan Qran-prisinin turnirin ləğv edilmə ehtimalının olduğunu yazıb.

Digər Xəbərlər
Xəbər Lenti