"Terrorist Ermənistan mülki əhaliyə təkrar-təkrar hücum edir" - Teymur Rəcəbov

17 Oktyabr 17:52 Gündəm 173
"Terrorist Ermənistan mülki əhaliyə təkrar-təkrar hücum edir" - Teymur Rəcəbov

“Terrorist Ermənistan mülki əhaliyə təkrar-təkrar hücum edir. 5 ölü, 35 yaralı… Gəncə şəhəri münaqişə zonasının xaricindədir, lakin dəfələrlə hücumlara məruz qalması yalnız Ermənistan rəhbərliyinin və hərbi qüvvələrinin terrorçu davranışlarını göstərir”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın dünya şöhrətli şahmatçısı Teymur Rəcəbov “Tvitter” səhifəsindəki bu gün erməni ordusunun Gəncə şəhərinə növbəti dəfə raket zərbəsi atdığı andan bir qədər sonra yazdığı paylaşımında qeyd edib.

O bildirib ki, ordumuzun şücaətli əsgərləri düşmənlə mübarizə aparır, doğma torpaqlarımızda ədaləti bərpa edirlər. Şahmatçının ingilis dilində yazdığı paylaşıma çoxsaylı şərhlər gəlib.

Digər Xəbərlər
Xəbər Lenti