Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” bu gün növbəti oyuna çıxacaq.
Avropanın bir nömrəli klub turnirinin Liqa mərhələsinin IV turundakı rəqib “Çelsi”dir.
Qarşılaşmanı canlı yayımlayacaq “CBC Sport” möhtəşəm matçla bağlı yenilik etmək qərarına gəlib.
Belə ki, oyunu məşhur türkiyəli televiziya adamı Ertem Şener şərh edəcək. Lakin o, tək olmayacaq.
Qardaş ölkədən gələn həmkarımız “CBC Sport”un təcrübəli əməkdaşlarından biri ilə izləyicilərin qarşısına çıxacaq.
Şener Bakıya gəlməmişdən əvvəl sosial şəbəkə hesablarında səfərininTVNET SPORT və SPORT TV ekranlarında canlı analizlər etmək məqsədli olduğunu bildirmişdi.
Görünür, “CBC Sport” təcrübəli səs sahibinin “saqqızını oğurlamağı” bacarıb.
Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Çelsi” görüşünün start fiti saat 21:45-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

