"Nəyin bahasına olursa-olsun, qələbə qazanmaq haqda düşünürdüm"

25 Aprel 2021 02:24 Güləş 670
"Nəyin bahasına olursa-olsun, qələbə qazanmaq haqda düşünürdüm"

"Bu, mənim ilk ciddi yarışım idi. Avropa çempionatına hazırlığımız yüksək səviyyədə keçmişdi”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan güləşçisi Osman Nurməhəmmədov deyib.

92 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Avropa çempionatında bürünc medal qazanıb. Osman yarışdakı çıxışı barədə fikirlərini Azərbaycan Güləş Federasiyasının saytına açıqlayıb:

“İlk görüş hər zaman çətin keçir. Almaniya güləşçisinə qalib gəldikdən sonra daha da artırdım. İkinci görüşdə Bolqarıstan güləşçisinə qalib gəldim. Ancaq yarımfinalda Rusiya təmsilçisiylə mübarizədə təcrübə çatışmazlığından məğlub oldum”.

Güləşçimiz həlledici görüşlər barədə də danışıb: “Növbəti günə kökləndim. Nəyin bahasına olursa-olsun qələbə qazanmaq haqqında düşünürdüm. Bürünc medal uğrunda görüşü səhvsiz keçirdim və Avropa üçüncüsü oldum”.

Osman növbəti hədəfindən də bəhs edib: “Növbəti dəfə çempion olmağa çalışacam. Yığma komandanın bütün məşqçilərinə və yüksək səviyyədə təlim-məşq toplanışı keçməyimiz üçün şərait yaradan federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Qazandığım bu medalı azarkeşlərə həsr edirəm".

Digər Xəbərlər
Xəbər Lenti