Son ev oyununa baş məşqçisiz

3 Dekabr 2020 12:40 E-Topaz 425
Son ev oyununa baş məşqçisiz

Bu axşam futbol üzrə Avropa Liqasında 5-ci turun oyunları keçiriləcək.

Azərbaycan çempionu "Qarabağ" qrup mərhələsindəki son ev oyununda İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edəcək.

Əslində "Qarabağ" üçün "ev oyunu" anlayışı formal xarakter daşıyır. Bildiyiniz kimi, ölkədəki hərbi vəziyyətlə əlaqədar UEFA - nın qərarı ilə "Qarabağ" Avroliqada rəqiblərini İstanbulun "Başakşəhər Fatih Terim" stadionunda qəbul edir.

İlk 4 turda uduzan Ağdam klubu qrupda ilk xal və ya xallarını axşamkı matçda qazanmağa çalışacaq. Pley-offa vəsiqə uğrunda mübarizə aparan "Makkabi" isə qələbə qazanmağı hədəfləyib.

Koronavirusa yoluxan Maksim Medvedev, Mahir Emreli və Abbas Hüseynov bu görüşdə "Qarabağ" a kömək edə bilməyəcək.

Eyni səbəbdən baş məşqçi Qurban Qurbanov da komandasının son ev oyununda iştirak etməyəcək. İrlandiyalı hakimlər briqadasının idarə edəcəyi qarşılaşma saat 21:55-də başlayacaq.

Matça Azərbaycanın yeganə virtual mərc oyunları operatoru etopaz.az - da həm canlı, həm də "təkli" oyun olaraq mərc edə bilərsiniz.

Xəbər Lenti