Etopazdan Bayraq Günü ilə bağlı MARAQLI VİDEO

7 Noyabr 2020 13:00 E-Topaz 655
Etopazdan Bayraq Günü ilə bağlı MARAQLI VİDEO

Azərbaycan üçün tam fərqli, qələbə ab-havasında Bayraq Günü gəlir.

Sportinfo.az xəbər verir ki, 2009-cu ildən dövlət bayramları sırasına düşən 9 noyabr bu dəfə daha geniş ərazidə qeyd olunacaq.

İllərdir dilimizdən qopan "tezliklə üçrəngli bayrağımız Qarabağda dalğalansın" arzusu artıq reallaşıb. Bu Bayraq Günündə Azərbaycan bayrağı ilk dəfə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrutda da dalğalanacaq.

10 milyon insan, 86,6 min kv.km ərazi, qədim tarix və mənəvi irs - bütün bunları bir rəmz- müqəddəs bayrağımız özündə birləşdirir. Bu gün Azərbaycan fəxr və hünərlə "bir kərə yüksələn bayrağın, bir daha enməyəcəy" ini bütün dünyaya nümayiş etdirir!

Aypara- ulduzunla, 3 müqəddəs rənginlə, mübarəksən, Azərbaycan bayrağı!

Xəbər Lenti