"Qardaşlar"ın Sivas görüşü - VİDEO

5 Noyabr 2020 12:40 E-Topaz 456
"Qardaşlar"ın Sivas görüşü - VİDEO

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu axşam UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü oyununa çıxacaq.

Rəqib qardaş Türkiyənin "Sivasspor" klubudur. Hər iki komanda əvvəlki turlarda "Villareal" və "Makkabi"yə uduzduğundan axşamkı matçda qələbəyə böyük ehtiyac duyur.

Bununla belə, Sivasdakı qarşılaşmanın dostluq - qardaşlıq ab-havasında keçəcəyi şübhə doğurmur. " Yeni 4 Eylül" arenasında keçiriləcək qarşılaşmaya "Sivasspor" heyətdə itkilərlə çıxacaq. Zədə və cəza səbəbindən əsas heyətin 3 oyunçusu matçı buraxacaq. "Qarabağ" da isə bu baxımdan ciddi problem yoxdur.
İsveçrəli hakimlərin idarə edəcəyi görüşün start fiti saat 21:55-də səslənəcək.

Qarşılaşmaya Azərbaycanın yeganə virtual mərc oyunları dileri Etopaz-da həm canlı, həm də təkli oyun olaraq mərc edə bilərsiz.

Xəbər Lenti