Biz onlara dönürük, onlar Azərbaycan çempionatına - VİDEO

25 Oktyabr 2020 14:20 E-Topaz 832
Biz onlara dönürük, onlar Azərbaycan çempionatına - VİDEO

Azərbaycan öz dövlətçilik tarixinin ən şanlı dövrlərindən birini yaşayır.

Sportinfo.az xəbər verir ki, sentyabrın 27-dən başlanan əks-hücum əməlliyatı zəfərlə davam edir. Rəşadətli ordumuz şəhər və kəndləri bir-birinin ardınca işğalçılardan azad edir.

Artıq 3 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan), 3 qəsəbə (Hadrut, Mincivan, Ağbənd) və 150-dən artıq kənd düşmən tapdağından xilas edilib. İranla dövlət sərhədi tam olaraq Azərbaycanın nəzarəti altına qayıdıb.

Ordumuz cəbhədə irəlilədikcə Azərbaycanın coğrafi xəritəsi sanki canlanır, erməni faşistlərinin viran qoyduğu şəhər və kəndlər öz sahiblərinə qovuşmaq üçün səbrsizlənir, normal həyata dönüşü gözləyir.

Tərtərdən Talış və Suqovuşan kəndlərinə yol çəkilişinə başlanılmasını qarşıdakı dinc quruculuq və gözəl günlərin müjdəsi saymaq olar.

Qarabağ torpaqlarındakı həmin gözəl gələcəyin, dinc həyatın bir hissəsi də dünyanın ən sevilən idman növü futbol olacaq. Azərbaycan azarkeşi səbrsizliklə Xankəndi, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdərənin milli çempionata qoşulacağı, bu şəhərlərdə futbol coşğusunun yaşanacağı günü gözləyir.

ETOPAZ bununla bağlı videoçarx hazırlayıb. Videoçarxda Xankəndi, Şuşa, Laçın, Cəbrayıl və digər şəhərlərimizin komandaları şərti adlarla təqdim olunur. Əminik ki, işğaldan azad olunan şəhərlərimizin komandalarını yeni mövsümdən milli çempionatda görəcəyik.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"