Etopaz möhtəşəm avqusta start verdi - VIDEO

30 İyul 2020 16:14 E-Topaz 477
Etopaz möhtəşəm avqusta start verdi - VIDEO

Bir müddətdir ki, dünyanın ən önəmli idman turnirlərinə pandemiya səbəbindən fasilə verilmişdi.

Sportinfo.az xəbər verir ki, iyulun son günlərindən etibarən bütün turnirlər ard-arda bərpa olunmağa başlayır.

Artıq avqust ayı boyunca idman həvəskarları ən müxtəlif idman turnirlərinin həyəcanını yenidən yaşaya biləcəklər.

Buna görə də, Azərbaycanın yeganə qanuni idman mərc saytı olan ETOPAZ "Möhtəşəm Avqust"a start verdi.

Belə ki, basketbol həvəskarları dünyanın ən önəmli basketbol turniri olan NBA-in ABŞ-ın Orlando şəhərində 22 komandanın iştirakı ilə keçiriləcək final mərhələsininin həyəcanını ETOPAZ-da yaşaya biləcəklər.

1 avqustdan etibarən isə xokkeysevərlər ABŞ və Kanadanın müxtəlif şəhərlərində keçirilən və 24 komandanın qatıldığı möhtəşəm NHL finallarını izləyə və onun həyəcanını ETOPAZ-da yaşaya biləcəklər.

Avropa Liqası isə 16 komandadan ibarət final mərhələsi ilə 5 avqustda bizə geri dönür. Almaniyanın Köln şəhərində keçiriləcək möhtəşəm futbol bayramının həyəcanı heç qaçmaz.

Və nəhayət, dünyanın ən önəmli futbol klub turniri olan Çempionlar Liqasının final mərhələsi oyunları 12 Avropa nəhənginin işitirakıyla Lissanbonda keçiriləcək. 7 avqustdan start götürəcək bu turnirin həyəcanı bütün dünyanı bürüyəcək. Pireney yarımadasından məhz hansı komandanın kuboku öz muzeyinə aparacağını təmin edən "Möhtəşəm Avqust"un ən maraqlı anı da yəqin ki, final oyunu olacaq.

Beləliklə, ETOPAZ "Möhtəşəm Avqust" ilə avqust ayını idmansevərlər üçün əsl idman bayramına çevirəcək.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"