Rauf məşhur mahnısını “Etopaz” üçün dəyişdi - VİDEO

28 İyul 2020 10:38 E-Topaz 789
Rauf məşhur mahnısını “Etopaz” üçün dəyişdi - VİDEO

Reper Rauf Əhmədov məşhur “mənfi 40 dərəcə” adlı mahnısını “Etopaz” mərc saytı üçün yeni versiyada oxuyub.

Şirkətdən Sportinfo.az-a daxil olan məlumatda bildirilir ki, dünya futbolu qaldığı yerdən davam etməyə başlayır:

“Dünyanın ən önəmli çempionatları bir-birinin ardınca bərpa olunmaqdadır. Doğrudur, oyunlar hələlik azarkeşsiz oynanılsa da, futbol həvəskarları artıq real oyunlardan zövq almaq imkanına malikdirlər. Azarkeşlərə bu xoş xəbəri hərə bir cür duyurdu.

Hər zaman fərqli yanaşması ilə seçilən Azərbaycanın yeganə qanuni idman mərc saytı olan “Etopaz” isə bu gözəl xəbəri “mənfi 40 dərəcə” mahnısı ilə sevilən məşhur müğənni Rauf Əhmədovun dilindən çatdırdı.

Nəticədə bu məşhur mahnının futbola özəl yeni və gözəl bir versiyası yarandı. Belə maraqlı layihədə iştirak etdiyi üçün sənətkara və onun komandasına təşəkkür edir, yenidən yaşıl meydanlara dönən futbolçulara isə uğurlar arzulayırıq”.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"