Dünyanın ən güclü komandasına təşəkkür - VİDEO

21 May 2020 23:00 E-Topaz 1 049
Dünyanın ən güclü komandasına təşəkkür - VİDEO

Hər zaman yenilikləri ilə futbol həvəskarlarını sevindirən Azərbaycanın yeganə qanuni idman mərc saytı olan ETOPAZ-da "Dünyanın Ən Güclü Komandası" yarışması nəhayət ki, başa çatdı.

Yarışmaçılar məşhur idman aparıcısı Sənan Şəfizadənin təqdimatında 7 gün ərzində yarışaraq final mərhələsinə vəsiqə qazandılar.

19 mayda keçirilən 1/4 mərhələsində isə yarımfinalçılar bəlli oldu.

20 mayda keçirilən yarımfinal, üçüncülük və final oyunları yarışmanın qaliblərini müəyyən etdi.

Beləliklə, öz futbol biliklərinə güvənərək bu yerlərə gəlib çatmış iştirakçılar aşağıdakı hədiyyələri qazandılar:

Ağa Zeynallı - Bütün rəqiblərini məğlub edərək Playstation 4 qazandı
Rüfət Məmmədzadə - İkinci yeri tutaraq Xiaomi Red Mi Note 8 əldə etdi
Tural Yusubov - Yarışmanın favoriti olmasına baxmayaraq üçüncü yerlə kifayətləndi və Huawei Y7 telefonuna sahib oldu.

Bundan başqa seçmə mərhələnin qalibləri də müxtəlif hədiyyələr qazandılar.

Qeyd edək ki, bu günlərdə yarışmanın təqdimat mərasimi keçiriləcək və qaliblərin hər biri öz hədiyyələrinə qovuşacaqlar.

9 gün ərzində müxtəlif illərin güclü komandaları, əfsanəvi futbolçuları gündəm oldu. İştirakçılar futbol biliklərini ortaya qoydular, hər bir iştirakçı öz komandasının daha güclü olduğunu sübut etməyə çalışdı.

Lakin bu məsələdə ETOPAZ fərqli düşündü. Dünyanı lərzəyə salan pandemiya dövründə isbat olundu olundu ki, bu çətin günlərdə ən güclü komanda futbol meydanlarında deyil, gözümüzün önündədir.

Hər zaman bizimlədir və ƏN BÖYÜK ALQIŞ ONLARA DÜŞÜR. Daha ətraflı hazırlanılan videoda bəhs ediləcək!

Xəbər Lenti