ETOPAZ-dan "YAŞAT" Fonduna ianə - 20 min manat!

19 Mart 2021 11:20 E-Topaz 444
ETOPAZ-dan "YAŞAT" Fonduna ianə - 20 min manat!

Sportinfo.az xəbər verir ki, Azərbaycanın yeganə mərc oyunları saytı ETOPAZ-ın "YAŞAT" Fonduna köçürdüyü ianənin ümumi məbləği artıq 20 min manata çatıb.

Şirkət bununla bağlı 2020-ci ilin 26 dekabrından kampaniyaya start verib və ötən hər gün bu məbləğ artmaqdadır.

Xatırladaq ki, ETOPAZ VİP müştərilərinin doğum günlərində, habelə bayram və əlamətdar tarixlərdə onların adından "YAŞAT" Fonduna ianələr köçürür və bunu təsdiqləyən sertifikatı həmin şəxslərə təqdim edir.

Artıq 20 min manat ianə edən ETOPAZ bundan sonra da müştərilərini bu nəcib təşəbbüslə sevindirməyə davam edəcək.

"YAŞAT" Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!