"Arena"da ETOPAZla qazanmaq şansı

12 Fevral 2021 20:40 E-Topaz 512
"Arena"da ETOPAZla qazanmaq şansı

Azərbaycanın yeganə mərc oyunları saytı ETOPAZ fevralın 15-dən yeni radiomüsabiqəyə start verir.

Söhbət ETOPAZ-ın baş sponsorluğu ilə 100.5 FM-də həftəiçi 5 gün yayımlanan "Arena" verilişindən gedir.

Saat 12:00-13:00 arası efirə gedən radio-proqramda həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri yarışma keçiriləcək.

Verilişin aparıcısı Rüfət Nadirlinin suallarını canlı yayımda düzgün cavablandıran şəxs qalib olacaq. Mükafat olaraq ETOPAZ qalib şəxsin adından "YAŞAT" Fonduna müəyyən məbləğ ianə köçürəcək.

Əlavə edək ki, ETOPAZ artıq dekabrın 26-dan "YAŞAT" Fonduna mütəmadi ianələr köçürür.

VİP müştərilərin doğum günündə, habelə bayram və əlamətdar tarixlərdə onların adından "YAŞAT" Fonduna yardım edilir.

Bu günədək ETOPAZ Fonda 10 min manatdan artıq vəsait köçürüb və bu nəcib kampaniya davam etməkdədir.

Xəbər Lenti