Etopaz-dan "YAŞAT" Fonduna ianə - 10 min manat

29 Yanvar 2021 12:50 E-Topaz 483
Etopaz-dan "YAŞAT" Fonduna ianə - 10 min manat

Sportinfo.az xəbər verir ki, Azərbaycanın yeganə mərc oyunları saytı Etopaz-ın "YAŞAT" Fonduna köçürdüyü ianənin ümumi məbləği 10 min manata çatıb.

Dekabrın 26-dan bununla bağlı kampaniyaya start verən şirkət indiyədək 98 müştərinin adından "YAŞAT" Fonduna ianə köçürüb.

Etopaz 26 dekabr 2020-ci il tarixindən başlayaraq VİP müştərilərinin doğum günlərində, habelə bayram və əlamətdar tarixlərdə onların adından "YAŞAT" Fonduna ianələr köçürür və bunu təsdiqləyən sertifikatı həmin şəxslərə təqdim edir.

Artıq 10 min manat ianə edən Etopaz bundan sonra müştərilərini bu nəcib təşəbbüslə sevindirməyə davam edəcək.

"YAŞAT" Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılıb.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!