Dövlət başçısı İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - "YAŞAT" Fondu yaradılıb.
Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü olaraq verdiyi ianələr əsasında formalaşır.
Sportinfo.az xəbər verir ki, Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan ETOPAZ da "YAŞAT" Fonduna dəstək məqsədilə dekabrın 25-dən özəl müştəriləri üçün yeni kampaniyaya start verir.
İndiyədək aktiv fəaliyyət göstərən müştərilərinə doğum günlərində müxtəlif hədiyyə və bonuslar verən ETOPAZ bundan sonra onları xeyirxah bir təşəbbüslə sevindirəcək:
VİP müştərilərin doğum günündə, habelə xüsusi günlərdə və bayramlarda onların adından "YAŞAT" Fonduna ianələr köçürüləcək və bunu təsdiqləyən sertifikat ETOPAZ tərəfindən həmin müştəriyə təqdim olunacaq.

