Etopaz Prezidenti belə təbrik etdi - VIDEO

24 Dekabr 2020 12:40 E-Topaz 570
Etopaz Prezidenti belə təbrik etdi - VIDEO

Bu gün Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.

İlham Əliyev qayğıkeş ata, xeyirli övlad, xalqına dost, dostuna qardaş olmaqla yanaşı həm də çox gözəl siyasətçidir.

O, ulu öndər Heydər Əliyevin illər əvvəl əsasını qoyduğu uğurlu siyasət yolunu davam etdirir. İlham Əliyevin Azərbaycanın siyasi, iqtisadi gücünün dünyaya tanıdılmasında müstəsna rolu olub.

Onun ən böyük siyasi uğuru isə bu ilin sonunda 44 günlük müharibədə düşmən üzərində qələbənin çalınmasıdır. Xalqımız İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuz sayəsində Qarabağa qovuşdu.

Əminik ki, bu doğum günü prezidentimizin ən yadda qalan ad günü olacaq. Ali Baş Komandanı təbrik edir, xalq olaraq hər zaman yanında olduğumuzu bildiririk!

Xəbər Lenti