Mllinin müdafiəçisi üçün 100 milyonluq maddə

2 Dekabr 2019 10:19 Dünya futbolu 585
Mllinin müdafiəçisi üçün 100 milyonluq maddə

“Benfika” futbolçusu Ruben Diasın müqaviləsinin müddətini artırıb. Sportinfo.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Diasın müqaviləsinə 100 milyon avroluq sərbəstqalma maddəsi də əlavə olunub. Yəni, bu futbolçunun transfer hüququna tam yiyələnmək istəyən klub 100 milyon avrodan keçməlidir.

Müdafiəçi bu mövsüm “Benfika”da bütün turnirlər daxil olmaqla 18 oyuna çıxıb. “Benfika”nın yetirməsi olan Dias Portuqaliya millisinə də dəvət alır.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!