"Son həftələrdə bizə məlum oldu ki..." - Baş məşqçini niyə qovublar?

27 Yanvar 2023 21:40 Dünya futbolu 497
"Son həftələrdə bizə məlum oldu ki..." - Baş məşqçini niyə qovublar?

“Ayaks”ın idman direktoru Edvin van der Sar baş məşqçi Alfred Şröderin qovulması ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, DÇ-2022 zamanı yaranan fasilə haqda da danışıb:

“Bu ağır, lakin zəruri qərardır. Mövsümə yaxşı başlasaq da, sonra xeyli xal itirdik.

Oyunlarımız qeyri-sabit keçdi. DÇ-2022 ilə əlaqədar uzun qış fasiləsi oldu. Alfredə vaxt verildi. O, bizi inandırdı.

Son həftələrdə bizə məlum oldu ki, o, vəziyyəti düzəldə bilmir. Onun sərəncamında çox güclü və çempionluq gətirə biləcək oyunçular var idi.

Xüsusilə, son həftələrdə “Ayaks” çox xal itirdi. Təəssüf ki, biz heç bir irəliləyiş görmürdük”.

Amsterdam təmsilçisi cari mövsümdə Niderland çempionatında 7 matçdır qələbə qazana bilmir. Belə hal sonuncu dəfə 1965-ci ildə baş vermişdi.

“Ayaks” hazırda Erediviziyada 34 xal toplayıb və 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”