Bakıdan Lənkərana sürətli idman avtomobilləri ilə!

24 May 2023 09:20 Digər növlər 478
Bakıdan Lənkərana sürətli idman avtomobilləri ilə!

İyunun 10-da Azərbaycan Avtomobil Federasiyası (AAF) idman avtomobillərinin yürüşünü təşkil edəcək.

Sportinfo.az xəbər verir ki, Bakı-Lənkəran marşrutu üzrə keçiriləcək yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək.

Yürüşə sürətli idman avtomobillərinin sahibləri qoşula bilər. İştirak etmək istəyənlər iyunun 5-dək Avtomobil Federasiyasında (+99450) 295 01 00 nömrəsinə zəng və ya info@faa.az elektron ünvanına müraciət edərək qeydiyyatdan keçməlidir.

AAF tədbir iştirakçıları üçün iyunun 10-11-də bir sıra proqram da hazırlayıb. Belə ki, iyunun 10-da yürüşdən sonra Lənkəranda tədbirin açılış mərasimi və əyləncə proqramı təqdim ediləcək.

İyunun 11-də isə Lənkəranda çay plantasiyasına ekskursiya olacaq. Yürüş iştirakçılarının oteldə yerləşdirilməsi və asudə vaxtlarının proqramı AAF tərəfindən dəstəklənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı