COP29

Hidayət Fransada fransızın kürəyini yerə çırpdı, Olimpiya çempionu oldu

29 İyul 20:43 Cüdo 721
Hidayət Fransada fransızın kürəyini yerə çırpdı, Olimpiya çempionu oldu

Azərbaycanın təmsil edən cüdoçu, dünya və Avropa çempionu Hidayət Heydərov bu gün 33-cü Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, 73 kq. çəki dərəcəsində yarışan Heydərov mübarizəyə 1/8 finaldan start verib.

Onun rəqibi Tokio-2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı Tohar Butbul olub. Görüş Hidayət Heydərovun əlavə vaxtda qazandığı qələbə xalı (rəqibin 3 şido xalı) sayəsində başa çatıb.

Beləliklə, H.Heydərov 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Kanada idmançısı Artur Margelidon olub.

30 yaşlı cüdoçu 2 dəfə Panamerikan Oyunlarının qalibidir. O, bir neçə dəfə də Qran-pri yarışlarında gümüş və bürünc medal qazanıb.

H.Heydərov ağır keçən döyüşün əlavə vaxtında (golden score) ipponla qalib gələrək yarımfinala yüksəlib. O, bu raundda Akil Qyakova (Kosovo) ilə qarşılaşıb. Akil Qyakova 2021-ci ildə Avropa çempionu olub.

Heydərov əlavə vaxtda 1 xal qazanaraq finala yüksəlib. Finals onun rəqibi Fransa idmançısı Gaba Benjamin olub. Hidayət əlavə vaxtda ipponla qalib gələrək Olimpiya çempionu olub.

Xəbər Lenti