“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının səviyyəsinin çox yüksək olduğunu bildirib.
Onun komandası dünən turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Vulverhempton”la matçda 2:2 hesablı heç-heçə edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı matçdan sonrakı açıqlamasında hər həftə qalib gəlməyin çətin olduğunu deyib:
“Hər həftə qalib gəlmək çətindir, bu il liqa çox güclüdür. Ötən mövsüm “Liverpul” bir qədər şanslı idi, biz də daxil olmaqla digər komandalar müəyyən keçid mərhələsində idilər”.
“Arsenal” hazırda 27 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan və onlardan 5 xal geri qalan “Mançester Siti”nin ehtiyatda bir oyunu var.

