“Liverpul”un hücumçusu Məhəmməd Salah yay transfer pəncərəsində komandasını tərk etməyə yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” misirli futbolçu üçün 63 milyon avrodan yuxarı təklifləri nəzərdən keçirməyə hazırdır.
Salah özü də karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantına açıqdır və bu ölkənin klubları ona ciddi maraq göstərir.
O, 2017-ci ildə “Roma”dan 42 milyon avro qarşılığında “Liverpul”a transfer olunub. Onun klubla müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir.
33 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 27 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun gələcəyi ilə bağlı yekun qərarın yay aylarında veriləcəyi gözlənilir.

