“Nyukasl”ın qaçhaqaç planı – Bu, “Qarabağ”ın işinə yarayacaq?

“Nyukasl”ın qaçhaqaç planı – Bu, “Qarabağ”ın işinə yarayacaq?

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la münasibətlərinə aydınlıq gətirəcək.

İlk oyun Bakıda, cavab görüşü bir həftə sonra Nyukaslda baş tutacaq.

İngiltərə təmsilçisinin ölkəmizə səfərlə bağlı planı məlum olub.

“Ağ-qaralar” paytaxtımıza matçdan bir gün əvvəl təşrif buyuracaq.

Fevralın 17-si axşama doğru Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək qonaqlar birbaşa otelə yollanıb, oradan dərhal Tofiq Bəhramov adına Respublika stadionuna istiqamət alacaq.

Saat 20:30-da “Nyukasl”ın baş məşqçisi Eddi Hou Respublika stadionunun konfrans zalında jurnalistlərin önünə çıxacaq. Bundan yarım saat sonra isə “Qarabağ”ın rəqibinin oyunöncəsi son məşqi baş tutacaq.

“Nyukasl”ın nümayəndə heyətinin məskunlaşmaq üçün Bakının dəbdəbəli məkanlarından sayılan “Four Seasons” otelini seçdiyini də xatırladaq.

Fevralın 18-də baş tutacaq oyun saat 21:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti