"Çelsi"nin hücumçusu "Qarabağ"a qol vura bilməyəcək - 10 həftə olmayacaq

"Çelsi"nin hücumçusu "Qarabağ"a qol vura bilməyəcək - 10 həftə olmayacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi" ciddi itki ilə üzləşiib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Liam Delap sıradan çıxıb.

İngiltərə millisinin üzvü təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq. 22 yaşlı forvard noyabr ayında yaşıl meydanlara qayıdacaq.

"Çelsi" Liam Delapı mövsümün əvvəlində "İpsviç Taun"dan transfer edib. O, "mavilər"in heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ"ın "Çelsi" ilə oyunu 5 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
9 Sentyabr 00:40 Şevçenko Bakıya gəldi