Klublarımız üçün "Petrokub" nümunəsi

8 Sentyabr 23:40 Azərbaycan Futbolu 347
Klublarımız üçün "Petrokub" nümunəsi

Avrokuboklarda mövsüm Azərbaycan klubları üçün pis start götürməmişdi.

4 klubumuzdan 3-ü birinci mərhələdən sonra yoluna davam etdi.

Ən vacibi aktivimizdə 5 qələbə, 3 bərabərlik vardı.

Reytinq baxımından kifayət qədər yaxşı nəticədir.

Və o anda bu cür startı legioner limitinin yeni mövsüm üçün ləğv edilməsinə bağlayanlar gözə görünməyə başlamışdı.

Hələ o zaman demişdi ki, bunun əlaqəsi yoxdur!

Zaman da bizim haqlı çıxdığımızı göstərdi. Meydanda yenə "Qarabağ" qaldı. Bəs əcnəbilərin ayağına yazılan qələbələr kimlər üzərində qazanıldı?

"Qarabağ" "Şelburn"a hətta heyəti bütünlüklə yer etsəydi belə qalib gəlməli idi. Arada ciddi uçurum vardı.

Həmçinin də "Sabah" Moldova çempionu "Petrokub"u udmaq məcburiyyətində idi. Hamı gördü ki, rəqib bəzən meydanda həvəskar səviyyədə çıxış edirdi. Qapıçılarının ilk 4 qolda yol verdiyi səhvə baxmaq kifayətdir.

"Zirə" təəssüf ki, "Hayduk"la bacarmadı. Halbuki iki görüş də göstərdi ki, xorvatlar keçiləsi rəqib idi. Rəşad Sadıqovun komandası fürsətini qaçırdı.

Yalnız "Araz-Naxçıvan"ın uğurunu istisna edə bilərik. Bəli, sırf yenilənən və əksəriyyəti gəlmələrdən qurulan komanda sırf bunun hesabına yunanları məyus edə bildi. Amma 1 oyuna, 1 mərhələyə görə bütün başverənləri limitin ləğvinə bağlamaq kökündən səhvdir. "Omoniya" faciəsi yəqin ki, unudulmayıb.

Hə, "Araz" və "Sabah" əsas mərhələdə iştirak etsə, iddialarla razılaşmaq olardı.

Ki, bu qədər əcnəbi qarşılığında hər üç klubun da liqa mərhələsində iştirak etməsi çətin olmamalıydı

Bir halda ki, ötən mövsüm "Petrokub" kimi klub orada iştirak etməyi bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM