
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportinfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Qarabağ”ın İrlandiyada “Şelburn”u 3 cavabsız qolla yendiyi gündə “Brann” da evdə “Zalsburq”a böyük hesabla uduzub.
2-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları gələn həftə keçiriləcək.
"Brann" (Norveç) – "Zalsburq" (Avstriya) 1:4
Qollar: Maqnusson, 20 - Nene, 58, Onisivo, 61, Vertessen, 87, Kyarqaard, 90+2-pen.
"Şelburn" (İrlandiya) – "Qarabağ" (Azərbaycan) 0:3
Qollar: Leandro Andrade, 11, Aleksey Kaşuk, 81, Nəriman Axundzadə, 85