
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna start verilib.
Sportinfo.az xəbər verir ki, E, F, G və H qruplarında 8 oyun keçirilib.
G qrupunda “Mançester Siti” "Yanq Boyz"a qalib gələrək, “Leyptsiq” isə "Srvena Zvezda"nı üstələyərək 1/8 finala vəsiqəni təmin edib.
"Barselona" da bu turda qələbə qazanacağı təqdirdə növbəti mərhələdə iştirakını rəsmiləşdirəcəkdi. Lakin Kataloniya təmsilçisi "Şaxtyor"a uduzub.
E qrupu
00:00. “Atletiko” (İspaniya) – “Seltik” (Şotlandiya) - 6:0
Qollar: Qrizmann, 6, 60, Morata, 45+2, 76, Lino, 66, Niqez, 85
00:00. “Latsio” (İtaliya) – “Feyenoord” (Niderland) - 1:0
Qol: İmmobile, 45+1
Xal durumu: "Atletiko" - 8, "Latsio" - 7, "Feyenoord” – 6, “Seltik” - 1.
F qrupu
21:45. “Borussiya” (Dortmund, Almaniya) – “Nyukasl” (İngiltərə) - 2:0
Qollar: Fulkurq, 26, Brandt, 79
00:00. “Milan” (İtaliya) – PSJ (Fransa) - 2:1
Qollar: Leau, 12, Jiru, 50 - Şrinyar, 9
Xal durumu: "Borussiya" - 7, PSJ - 6, "Milan" - 5, “Nyukasl” – 4
G qrupu
00:00. “Mançester Siti” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) - 3:0
Qollar: Haaland, 23-pen; 51, Foden, 45+1
00:00. “Srvena Zvezda” (Serbiya) – “Leyptsiq” (Almaniya) - 1:2
Qollar: Henrixs, 81-avtoqol. - Simons, 8, Openda, 77
Xal durumu: “Mançester Siti” – 12, “Leyptsiq” – 9, “Yanq Boyz” – 1, “Srvena Zvezda” - 1.
H qrupu
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Barselona” (İspaniya) - 1:0
Qol: Sikan, 40
00:00. “Portu” (Portuqaliya) – “Antverpen” (Belçika) - 2:0
Qollar: Evanilson, 32-pen; Pepe, 90+1
Xal durumu: “Barselona” – 9, “Portu” – 9, “Şaxtyor” – 6, “Antverpen” - 0.