
“Barselona” Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”ə qarşı keçiriləcək cavab oyunu üçün heyətini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalıların polşalı hücumçusu Robert Levandovskinin adı qarşıdakı matç üçün iştirak ərizəsinə daxil edilib.
36 yaşlı futbolçu bud nahiyəsindən aldığı zədə səbəbilə ilk oyunu buraxmışdı. Qarşılaşma 3:3 hesabı ilə başa çatmışdı.
Klubdan verilən məlumata görə, Levandovskinin bərpası gözləniləndən tez başa çatıb və o, “İnter”lə cavab matçında iştirak etməyə tam hazırdır.
Digər tərəfdən, müdafiəçi Aleks Balde zədəsini tam sağalda bilmədiyi üçün milanlılara qarşı oyunun heyətindən kənarda qalıb.
Tərəflər arasında cavab matçı sabah İtaliyada keçiriləcək.