"Qrupdan çıxmaq istəyirik"

8 Noyabr 2023 00:10 Çempionlar Liqası 366
"Qrupdan çıxmaq istəyirik"

"Qalatasaray" Çempionlar Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Bavariya"nın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.

51 yaşlı mütəxəssis meydana qələbə üçün çıxacaqlarını bildirib:

"Burada olduğumuza görə həm həyəcanlı, həm də qürurluyuq. "Qalatasaray"ın bu turnirdə olması çox dəyərlidir.

Qrupdan çıxmaq istəyirik. Türk komandaları 5 dəfə qrupdan çıxıblar, bunu 3-ü "Qalatasaray"a aiddir. Bunu davam etdirmək istəyirik.

Rəqibin hücumdakı oyunçuları çox sürətlidir. Qapımıza tez gələ bilirlər.

Futbolçularıma güvənirəm. Burada türk azarkeşlər də olacaq.

Onların dəstəyi ilə ilk matçda olduğu kimi yaxşı futbol oynayıb, sərfəli nəticə əldə etmək istəyirik. Dünyanın ən yaxşı komandasına qarşı oynayacağıq

. İlk görüşdə meydanda çox yaxşı "Qalatasaray" var idi. Sadəcə epizodları dəyərləndirə bilmədik.

Ümid edirəm sabah da eyni performansı göstərəcəyik. Gözləntimiz matçdan qələbə ilə ayrılmaqdır.

Bir çox səfər oyunlarında qalib gəlmişik. Planımız hazırdır, rəqibi təhlil etmişik.

Düzgün oynamağa çalışacağıq. Planımız epizodlar yaratmaq və bunları qola çevirməkdir.

"Bavariya"nın gücünü bilirik. Buna görə də müdafiədə daha diqqətli olmalıyıq".

"Bavariya" - "Qalatasaray" qarşılaşması bu gün Bakı vaxtilə saat 00:00-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti