
Çempionlar Liqasının qrup mərhələsində I tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə daha 8 qarşılaşma təşkil olunub.
Günün maraqla gözlənilən görüşü Almaniyada gerçəkləşib. "Bavariya" İngilətərənin "Mançester Yunayted" komandasını məğlub edib - 4:3.
"Qalatasaray" Türkiyədə Danimarka təmsilçisi "Kopenhagen"i qəbul edib. A qrupundakı qarşılaşma 2:2 hesabı ilə bitib.
C qrupundakı digər matçda "Real" İspaniyada "Union” (Berlin) ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
A qrupu
"Qalatasaray" (Türkiyə) - "Kopenhagen" (Danimarka) - 2:2
Qollar: Saşa Boey, 86, Tete, 88 - Mohammed Elyunusi, 35, Dioqo Qonçalves, 58
"Bavariya" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) 4:2
Qollar: Leroy Sane, 28, Serji Qnabri, 32, Harri Keyn, 54 (pen), Mateus Tel, 90+2 - Rasmus Hoylund, 49, Kazemiro, 88
B qrupu
"Arsenal" (İngiltərə) -PSV (Niderland) 4:0
Qollar: Bukayo Saka, 8, Leandro Trossard, 20, Qabriel Jesus, 38, Martin Odeqard, 70
"Sevilya" (İspaniya) - "Lans" (Fransa) 1:1
Qollar: Lukas Okampos, 9 - Angelo Fulgini, 24
C qrupu
"Braqa" (Portuqaliya) - "Napoli" (İtaliya) 1:2
Qollar: Bruma, 84 - Di Lorenso, 45+1, Niakate, 88 (avtoqol)
"Real" (İspaniya) - "Union Berlin" (Almaniya) 1:0
Qol: Cud Bellingem, 90+4
D qrupu
"Benfika" (Portuqaliya) - "Zaltsburq" (Avstriya) 0:2
Qollar: Roko Simiç, 15 (pen), Oskar Qlux, 51
"Real Sosyedad" (İspaniya) - "İnter" (İtaliya) 1:1
Qollar: Brais Mendes, 4 - Lautaro Martines, 87