Bu gecə Çempionlar Liqasında 1/4 final həyəcanı

5 Aprel 2022 22:00 Çempionlar Liqası 1 820
Bu gecə Çempionlar Liqasında 1/4 final həyəcanı

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Atletiko" (Madrid) İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Matçı rumıniyalı İştvan Kovaç idarə edəcək.

Meydan sahiblərinin heyətində Kayl Uoker cəzalı, Ruben Diaş cəzalı olduğu üçün meydana çıxmayacaqlar. Qonaqlardan isə Xose Mariya Ximenes zədə, Yannik Karrasko cəza səbəbindən oyunu buraxacaqlar.

Gecənin digər matçında Portuqaliya "Benfika"sı "Liverpul"u qəbul edəcək. Qarşılaşmanın baş hakimi ispaniyalı Xesus Hil Mansano olacaq.

Oyun öncəsi komandaların heyətində ciddi itkilər yoxdur. Sadəcə, Mersisyad təmsilçisində Körtis Cons və Nabi Keytanın oynayıb-oynamayacaqları sual altındadır.

5 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Atletiko" Madrid (İspaniya)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

23:00. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Qeyd edək ki, bu mərhələnin digər iki ilk oyunu aprelin 6-da gerçəkləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti