Mahir Emreli: "Yenidən..."

30 Noyabr 2023 12:40 Bizimkilər 1 579
Mahir Emreli: "Yenidən..."

"Bizi çətin oyun gözləyir".

Sportinfo.az xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" klubunun futbolçusu Mahir Emreli Qazaxıstanda "Astana"ya qarşı keçirəcəkləri Konfrans Liqasının qrup mərhələsinin V turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi həm onlara, həm də meydan sahiblərinə xal lazım olduğunu bildirib:

"Bu vaxta qədər "Astana"nı 5 dəfə məğlub etsək də, budəfəki matçın asan olmayacağını bilirik. Yaxşı duel olacaq. Ümid edirəm ki, yenidən qalib gələcəyik".

Bu gün reallaşacaq "Astana" - "Dinamo" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...