
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Konfrans Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Qazaxıstan "Astana"sını qəbul edib.
Oyun Bakı "Dinamo"nun 5:1 hesablı qələbəsi ilə başa çatıb.
M.Emreli də bu oyunun iştirakçısı olub. O, meydana start heyətdə çıxıb və 65-ci dəqiqədə Luka Menalo ilə əvəzlənib.
"Dinamo" ilə "Astana" bu mövsüm Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində də qarşılaşıblar.
Hətta cavab görüşündə Mahir Emreli baxımlı qola imza atıb. "Dinamo" 2 oyunun cəmində (4:0, 2:0) qalib gələrək 3-cü təsnifat mərhələsinə adlamışdı.
Lakin Zaqreb klubu bu dəfə AEK səddini keçə bilməyib və Avropa Liqasının pley-off mərhələsində çıxış edib. Burada Praqa “Sparta”sına uduzan (3:1, 1:4) "Dinamo" Konfrans Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.
Bu qrupun digər matçında isə "Viktoriya" (Çexiya) "Balkani" (Kosovo) ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.
C qrupu
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan) - 5:1
Qollar: Petkoviç, 43-pen; Bulat, 58, Marin,85, Haliloviç, 90+3 - Hovhannisyan, 78
Viktoriya" (Çexiya) - "Balkani" (Kosovo) - 1:0
Qol: Kalvax, 73
1 |
Dinamo Zaqreb |
1 |
1 |
0 |
0 |
5 |
1 |
+4 |
3 |
2 |
Viktoriya |
1 |
1 |
0 |
0 |
1 |
0 |
+1 |
3 |
3 |
Balkani |
1 |
0 |
0 |
1 |
0 |
1 |
-1 |
0 |
4 |
Astana |
1 |
0 |
0 |
1 |
1 |
5 |
-4 |
0 |