"Sabah"dan ayrılan futbolçu Türkiyədə çıxış edə bilər

13 İyun 2021 20:40 Bizimkilər 1 222
"Sabah"dan ayrılan futbolçu Türkiyədə çıxış edə bilər

"Sabah"dan ayrılan Elşən Abdullayev karyerasını ölkə xaricində davam etdirə bilər.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, futbolçumuzla Türkiyə 1-ci liqa klubları maraqlanır. Abdullayev özü də ölkə xaricində çıxış etməkdə maraqlıdır.

27 yaşlı futbolçuya yerli klublardan da maraq göstərənlər var. O, buna görə də qərar verməkdə hələ tələsmir. Futbolçunun seçimi daha çox şans qazana biləcəyi klubdan yana olacaq.

Xatırladaq ki, Elşənin sonuncu klubu "Sabah" komandası olub. İstedadlı futbolçu "Sabah"a kimi "Qarabağ" və "Neftçi" kimi komandaların da şərəfini qoruyub.

Elşən Abdullayev Azərbaycanın 21 yaşlılardan ibarət millisində də 12 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti