Azərbaycanlı hücumçu Nepalda gözəl qol vurdu - VİDEO

6 May 2021 19:40 Bizimkilər 1 143
Azərbaycanlı hücumçu Nepalda gözəl qol vurdu - VİDEO

Nurlan Novruzov Nepalın "Lalitpur Siti" klubunda qol hesabını açıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu Superliqanın 5-ci turunda "Butval"la görüşdə fərqlənib.

O, matçın 5-ci dəqiqəsində başla rəqib qapısına yol tapıb. Bu, oyunda yeganə qol olub və Novruzov komandasına qələbə qazandırıb.

Hazırda "Lalitpur Siti" 6 xalla 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti