“Çempionatda oynamaq istəyən 10-dan çox komanda var"

18 May 2022 02:50 Basketbol 882
“Çempionatda oynamaq istəyən 10-dan çox komanda var"

“Çempionatda oynamaq istəyən 10-dan çox komanda var. Lakin burada bizim müəyyənləşdirəcəyimiz kriteriyalar olacaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev qurumun bugünkü konfransında deyib.

O bildirib ki, çempionatın səviyyəsi üçün klublara şərtlər irəli sürüləcək:

“Məqsəd odur ki, səviyyə aşağı olmasın. Çempionat xətrinə çempionat keçirmək istəmirik. Böyük ehtimalla 6-8 komanda olacaq. Bunların arasında 2 region klubu da ola bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu