"Qəsəbədə bir qrup futbolsevərlə bu klubu yaratdıq"

21 Sentyabr 2020 00:42 Azərbaycan Futbolu 753
"Qəsəbədə bir qrup futbolsevərlə bu klubu yaratdıq"

Bugünlərdə Qəbələdə yeni futbol klubu yaradılıb.

Sportinfo.az xəbər verir ki, klub iyulun ortalarında Tovuz istiqamətində gedən döyüşlərdə həlak olan general-mayor Polad Həşimovun adını daşıyır.

“Həşimov” adlandırılan komanda Qəbələdə məşqlərini davam etdirir. Detalları öyrənmək üçün klub rəhbəri Cavad Şərifliyə müraciət etdik (Futbol+).

Həm də “Qəbələ”yə könül verən “Red Black Army”nin rəhbəri olan həmsöhbətimiz bunları söylədi: “Hər il Qəbələdə keçirilən ənənəvi futzal turnirində biz də öz komandamızla iştirak etmək istədik.

Vəndam qəsəbəsində bir qrup futbolsevərlə birlikdə şəhid Polad Həşimovun adını daşıyan klub yaratdıq. Hərbdə hərbçilər soyadla çağrılır, ona görə biz də klubun adını “Həşimov” qoyduq.

Bəzi futbolsevərlər maddi kömək etdilər, çünki komandamızın oyun geyimləri, qəsəbədən stadiona getmək üçün minik vasitələri, liqada iştirak etmək üçün vəsait və digər məsələlər üçün xərclər lazım olur. Gələcəkdə sponsor tapılsa, komandamızı böyütməyi planlaşdırırıq.

Vəndam qəsəbəsinin bələdiyyə sədri, qəsəbədən olan iş adamı və həkim bizə dəstək olub. Onlara minnətdarlığımızı bildiririk.

Komandanın baş məşqçisi Rəvan Rəcəbovdu, kapitan isə Rasim Firidunludu. Hələ ki “Qəbələ”nin stadionlarında məşq edirik. Mən də klub rəhbəri kimi bu adın məsuliyyətini dərk edib, oyunlarda nümunəvi çıxış edərək, uğurlu nəticələr qazanacağımıza inanıram”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"