Qurbanovun bu qolu da onlara Nicat gətirmədi - VİDEO

5 İyul 2020 20:00 Azərbaycan Futbolu 740
Qurbanovun bu qolu da onlara Nicat gətirmədi - VİDEO

Gürcüstan yüksək liqasında 4-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Nicat Qurbanovun çıxış etdiyi “Samtrediya” səfərdə “Telavi” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Komandasının yeganə qolunu da 9-cu dəqiqədə penaltidən fərqlənən Qurbanov vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 2-yə çatdırıb.

4 turdan sonra hesabında 4 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”