Azərbaycanlı futbolçuların puç olan xəyalları - Kimdir müqəssir?

8 Sentyabr 22:20 Azərbaycan Futbolu 216
Azərbaycanlı futbolçuların puç olan xəyalları - Kimdir müqəssir?

UEFA Gənclər Liqasında iştirak edəcək "Qarabağ"ın U-19 komandasının problemlə üzləşməsini xəbər vermişdik.

Belə ki, Ağdam təmsilçisi "Sabah", "Qəbələ" və "Neftçi"dən seçilən gəncləri heyətinə qatmağa cəhd edib.

Amma qarşı tərəfdən müsbət cavab gəlməyib.

Çox nahaq.

Günahkar axtarışına çıxmaq fikrim yoxdur. Onsuz da hər iki tərəf özünü haqlı hesab edəcək.

Amma ortada bir reallıq var ki, burada itirən azərbaycanlı balalarıdır.

Axı bu cür nüfuzlu yarışda olmaq onlara çox şey qazandıra bilərdi.

Çox sayda sakutların izləyəcəyi oyunlarda bəlkə kimlərsə diqqət çəkəcəkdi?

Hər bir halda bir azərbaycanlı gənc üçün belə bir yarışda çıxış etmək böyük təcrübə qazandırmış olacaqdı.

Daha tez inkişafına töhfə verəcəkdi.

İstənilən şərtlərdə onları bu cür nüfuzlu yarışda çıxış etmək şansından məhrum etmək qəbuledilməzdir.

Deyəsən, klublarımız unudur ki, onların ən ümdə vəzifəsi azərbaycanlı balaların yetişməsinə yol açmaqdır.

Bu yolda lazım gəlsə, öz prinsiplərindən, şəxsi maraqlarından vaz keçməlisən.

Çox təəssüf ki, bu cür sadə həqiqəti, mənəvi məsələləri bir çoxları başa düşmür.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM