
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, Turan Tovuz”la “Neftçi” raundun ilk matçında üz-üzə gəliblər.
Tovuzda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qola 74-cü dəqiqədə moldovalı müdafiəçi Denis Marandiçi imza atıb.
Bu komandalar arasında cavab matçı aprelin 26-da baş tutacaq.
Dünən keçirilən yarımfinalın ilk qarşılaşmasında “Qəbələ” öz meydanında “Səbail”i 3:2 hesabı ilə məğlub edib.
19 aprel
16:00. “Turan Tovuz” – “Neftçi” 1:0
Qol: Denis, Marandiçi, 74
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu
"Turan Tovuz": 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Xulu Siyanda, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divine Naah, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 23. Ataa Caber, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf