“ İndi nə üçün şikayət edirsən, niyə deyirsən ki, klub sənə hörmət etməyib”

25 İyun 21:40 Fransa 131
“ İndi nə üçün şikayət edirsən, niyə deyirsən ki, klub sənə hörmət etməyib”

Fransa millisinin sabiq futbolçusu Jerom Roten Lionel Messiyə qarşı sərt ittihamlarla çıxış edib.

sPORTİNFO.az “RMC Sport”-a istinadən xəbər verir ki, Roten, argentinalı futbolçunun PSJ ilə bağlı dediklərinə sərt reaksiya verib.

Messi PSJ-də çıxış etdiyi dövrdə xoşbəxt olmadığını bildirmişdi. Roten isə bu fikirlərə belə münasibət bildirib:

“Messi PSJ-ni tənqid edir, amma məhz Paris klubu onu xilas etdi. “Barselona”dan çıxarılandan sonra yalnız PSJ ona yüksək maaş və yüksək səviyyədə futbol təklif edə bildi.

Bu sayədə o, dünya çempionu oldu. İndi nə üçün şikayət edirsən? Niyə deyirsən ki, klub sənə hörmət etməyib? Bəs sən burada insanlara hörmət etdinmi?”

Roten, Messinin fransız xalqına da hörmətsizlik etdiyini söyləyib:

“O, heç kimə hörmət etmədi, xüsusilə də, fransızlara. İndi ABŞ-da oturub PSJ və Fransa haqqında cəsarətlə danışır. Deyir ki, xoşbəxt olmayıb…

Bilirsiz, o harada yaşayırdı? 500 kvadratmetrlik villada, tam təhlükəsizliklə əhatələnmiş evdə, uşaqları üçün xüsusi məktəblə birlikdə.

Bizi onun “bədbəxtliy”inə inandırmağa çalışmasın”.

Bazar günü Messinin çıxış etdiyi “İnter Mayami” Klublararası dünya çempionatının 1/8 final mərhələsində məhz PSJ ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!