"Qarabağ"ın rəqibi olmuş məşhur klub haqda ŞOK QƏRAR VERİLDİ!

12:20 Fransa 236
"Qarabağ"ın rəqibi olmuş məşhur klub haqda ŞOK QƏRAR VERİLDİ!

"Lion" Liqa 1-dən qovulub.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.

"Lion" Milli Nəzarət və İdarəetmə Direktorluğunun (DNCG) qərarı ilə maliyyə hesabatlarının pozulmasına görə Liqa 2-yə düşüb.

Klubun maliyyə vəziyyətinin təhlili üçün DNCG-nin iclası keçirilib. Bu prosesdə "Lion"un sahibi Con Tekstor iştirak edib.

Amerikalı iş adamının arqumentləri komissiya üzvlərini razı salmayıb. Klubun qərardan şikayət vermək hüququ var.

Ötən mövsüm "Lion" Fransa çempionatında 6-cı yeri tutub və Avropa Liqasına vəsiqə qazanıb.

"Lion" ötən mövsüm Avropa Liqasının liqa mərhələsi çərçivəsində Bakıda "Qarabağ"la qarşılaşmışdı və 4:1 hesablı qələbə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti