"Qarabağ" sülhü - Azərbaycan xal ehtiyatını artırdı

18 Avqust 2022 09:20 Azərbaycan Futbolu 1 230
"Qarabağ" sülhü - Azərbaycan xal ehtiyatını artırdı

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Sportinfo.az xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiya "Viktoriya"sı (Plzen) ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.

Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,125 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 2.000-ə, son 5 mövsümdə isə 14,625-ə çatdıran Azərbaycan 29-cu pillədə qalıb. 28-ci yerdəki Polşanın 15,875 xalı var.

Çexiya isə bu nəticədən sonra xallarının sayını 24,550-yə çatdırıb və 16-cı sıraya yüksəlib. Ölkə 24.475 xalı olan Yunanıstanı qabaqlayıb.

"Viktoriya" və "Qarabağ" arasında oynanılacaq cavab matçı avqustun 23-də Plzendəki "Dusan Arena"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti