“Turan Tovuz” Qəbələ səfərindən ağır məğlubiyyətlə qayıtdı.
Qərb təmsilçisi ilk hissədə 1, ikinci yarı 3 qol buraxdığı matçda meydandan darmadağınla ayrılmalı oldu.
Futbolçular belə hesabla uduzmağı qəbul edə bilmirdilər.
Onlar hakimin final fitindən sonra uzun müddət üzgün halda meydanın mərkəzində dayandılar.
Ehtiyat skamiyada yer alanlar yoldaşlarının dadına çatıb, təsəlli etdi.
Bu məqamda qonaq fanatlar da futbolçularına sahib çıxmağı unutmadı.
Öncə “Başını dik tut “Turan Tovuz"lu” – deyə şuar səsləndirdilər.
Ardınca isə 0:4 uduzan futbolçuları yanlarına çağırıb, alqışlarla paltar dəyişmə otağına yola saldılar:
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz: